|
REGRESAR

Vizalar - Ümumi məlumat

Ümumi məlumat.

  • Azərbaycan vətəndaşlarından Argentina Respublikasına daxil olmaq üçün viza tələb olunur
  • Müraciət ediləcək viza növü  səfərinizin məqsədindən  və müddətindən asılıdır. Aşağıdakı linkdə müxtəlif viza növləri ilə tanış ola bilərsiniz.
  • Hər bir viza növünün öz rüsumu və  tələbləri var.
  • Turist vizaları üçün aşağıdakı linkə daxil olun.
  • Viza tək və ya çoxdəfəlik ola bilər (birdən çox giriş üçün sorğu təqdim olunan sənədlərlə əsaslandırılmalıdır).
  • Konsulluq vizası rüsumu viza müraciətinə baxılması və təhlili üçündür, lakin ONUN VERİLMƏSİNA ZƏMANƏT DEYİL.
  • Viza müraciəti prosesində Konsulluq rəhbəri əlavə sənədlərin təqdim edilməsini tələb edə bilər.
  • Viza  müraciəti səyahət tarixindən mínimum 45 gün öncə edilməlidir. Bu müddət BÜTÜN ilkin sənədlərin təqdim edilməsindən və konsulluq rüsumunun ödənilməsindən başlayır. Konsulluq müsahibəsi qeyd olunan səyahət tarixindən ən azı bir ay əvvəl baş tutmalıdır.
  • Bütün viza prosedurları şəxsi xarakter daşıyır və müraciət edən şəxsən bu prosesdə iştirak etməlidir.
  • Viza müraciəti üçün ümumi prosedur
  • Viza müraciəti ilə bağlı istənilən sorğu yazılı şəkildə aşağıdakı elektron poçt ünvanına göndərilməlidir: secon_eazer@mrecic.gov.ar

 

 

Updated date: 26/07/2024