|
REGRESAR

Viza Kateqoriyalari

Azərbaycan vətəndaşlarının Argentinaya səyahət etməsi üçün müraciət edə biləcəyi müxtəlif viza növləri 25,871 saylı Qanunda (milli miqrasiya qanunu), onun qaydalarında (616/2010 saylı Fərman) və Milli Miqrasiya İdarəsinin müvafiq müddəalarında öz əksini tapır.

 

25,871 saylı Qanuna əsasən, aşağıdakı viza növləri/yaşayış nəzərdə tutulub.

 

DAİMİ SAKİNLƏR

Maddə 22.- Ölkədə daimi məskunlaşmaq məqsədi ilə Milli İmmiqrasiya İdarəsindən həmin statusda qəbul alan hər bir əcnəbi “daimi sakin” sayılır.

Daimi yaşayış üçün müraciət edən əcnəbi aşağıda qeyd olunan məqamları sübut etməlidir:

a) Argentina vətəndaşının  həyat yoldaşı, valideyni və ya övladı olan, sonradan Argentina vətəndaşlığını qazanmış  və ya Argentina vətəndaşlığı seçimi olan.

b) Daimi yaşayış hüququ olan şəxsin  həyat yoldaşı, valideyni, 18 yaşına çatmamış övladı və ya 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladı olan.

 

MÜVƏQQƏTİ SAKİNLƏR

MADDƏ 23. — Aşağıdakı alt kateqoriyalar üzrə ölkəyə daxil olan bütün əcnəbilər “müvəqqəti sakinlər” hesab olunacaqlar:

L) VƏTƏNDAŞLIQ (MERCOSUR VİZASI): MERCOSUR-a daxil olan dövlətlərin yerli vətəndaşları və MERCOSUR-a tərəfdaş olan ölkələrin vətəndaşları.

• DİGƏR  ALT  KATEQORİYALAR:

Maddə 23. AİLƏ BİRLƏŞMƏSİ: müvəqqəti yaşayış icazəsi olan mühacirin həyat yoldaşı, valideyni,  yetkinlik yaşına çatmamış övladı və ya 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladı olduğunu sübut edən şəxs.

a) MIQRANT İŞÇİ: Asılılıq münasibəti ilə işləmək icazəsi əsasında bəzi qanuni, ödənişli fəaliyyətlə məşğul olmaq üçün ölkəyə daxil olan şəxsə verilir.

b) QAZANC ƏLDƏ EDƏN (GƏLİRİ OLAN) ŞƏXS: Xarici ölkədən gətirdiyi öz mənbələri hesabına ölkədə qalmağı, əldə edəcəyi mənfəəti və ya xarici mənbələrdən hər hansı digər qanuni gəliri təmin edən şəxs..

c) TƏQAÜDÇÜ: Xarici ölkədə göstərdiyi xidmətlərə görə dövlətdən və ya beynəlxalq qurumlardan və yaxud da ki  konkret şirkətlərdən ölkədə  daimi yaşamaq üçün kifayət qədər təqaüd alan şəxs.

d) İNVESTOR: ölkəni maraqd dairəsinə uyğun  fəaliyyətləri həyata keçirmək üçün öz aktivlərini verən (sərmayə qoyan) şəxsə şamil edilir

e) ALİMLƏR VƏ İXTİSASLAŞMIŞ KADRLAR: Öz ixtisası üzrə fəaliyyət göstərmək məqsədilə  dövlət və ya özəl qurumlar tərəfindən işə götürülən, elmi, tədqiqat, texniki və ya konsaltinq fəaliyyəti ilə məşğul olan şəxslərə şamil edilir. Eynilə, şirkətlərində xüsusi vəzifələri tutmaq üçün xaricdən dəvət olunmuş və Argentina Respublikasında rüsum və ya maaş alan kommersiya və ya sənaye xarakterli xarici dövlət və ya özəl qurumların menecerləri, texniki işçiləri və inzibati heyətinə aid edilir.

f) İDMANÇILAR VƏ SƏNƏTÇİLƏR: ölkədə fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslər tərəfindən ixtisaslarına görə işə götürülənlər.

g) DİNİ ŞƏXSLƏR: Xarici İşlər və Etiqad  Nazirliyi tərəfindən verilən hüquqi statusu olan, sırf öz məzhəbinə xas olan fəaliyyətləri həyata keçirmək üçün ölkəyə daxil olan, rəsmi olaraq tanınan dindarlar.

h) TİBBİ MÜALİCƏ ALTINDAKİ XƏSTƏLƏR: dövlət və ya özəl tibb müəssisələrində sağlamlıq problemlərini həll etmək istəyənlər.

i) ZİYALILAR: ali təhsil müəssisələri arasında ixtisas istiqamətləri üzrə bağlanmış akademik müqavilələr əsasında  ali mərkəzin məsuliyyəti altında ölkəyə daxil olanlar.

j) TƏLƏBƏLƏR: rəsmi olaraq tanınmış dövlət və ya özəl təhsil müəssisələrində   orta, ali, universitet və ya ixtisas təhsili almaq üçün ölkəyə tələbə kimi daxil olanlar.

 

KEÇİCİ SAKİNLƏR

 MADDƏ 24. — Ölkəyə “keçid rezidenti” kimi daxil olan əcnəbilər aşağıdakı alt kateqoriyalar üzrə qəbul edilə bilərlər:

a) Turistlər: istirahət və ya asüdə vaxtlarını keçirmək məqsədi ilə daxil olanlar.

 

h) Xüsusi:

• Elmi, Peşəkar, Texniki, Dini və ya Sənət (DNM Müddəası No 1170/2010): Elmi, peşə, texniki, dini və ya sənət sahəsində ödənişli və ya ödənişsiz vəzifələri yerinə yetirmək məqsədi ilə dövlət ərazisinə daxil olanlar.

• Biznes (DNM Müddəa № 1171/2010): Öz şəxsi kapitalı hesabına  ticari, iqtisadi fəaliyyətlə məşğul olanlar və ya eyni məşğuliyyətə sahib hüquqi şəxslər  və yaxud da eyni sahədə fəaliyyət göstərən hər hansı bir şirkətin üzvü olanlara şamil edilir

.•Bazar araşdırması edənlər və konfrans iştirakçıları (DNM Müddəası No 2692/2011): Yarmarkaları, konfransları, sərgiləri ziyarət etmək və və ya bazar araşdırmaları aparmaq məqsədi ilə müvəqqəti olaraq ölkəyə daxil olanlar.

•Xarici tələbələr və təhsil ilə əlaqəli fəaliyyətlər (Müddəa DNM 2802/2023): Təhsil və ya akademik fəaliyyət ilə bağlı; mədəniyyət və ya tələbə mübadiləsi; və yaxud könüllü kimi; ixtisaslaşma təcrübələri ilə əlaqədar; və yaxud Milli İctimai Təşkilatların və ya rəsmi olaraq tanınan Milli İctimai və ya Özəl təhsil müəssisələrinin təqaüdçüləri kimi ölkəyə müvəqqəti daxil olanlar.

• Media işçiləri: Jurnalist vəzifələrini yerinə yetirmək və ya işləmək üçün ölkəyə müvəqqəti daxil olanlar.

 

- DİGƏR  ALT  KATEQORİYALAR:

b) Tranzitdə olan sərnişinlər: burada dörd hal fərqləndiriləcək:

b.1. Tranzit sərnişinlər: Argentina ərazisinə yalnız onun ərazisindən başqa bir dövlətə getmək məqsədi ilə daxil olanlar.

b.2. Səyahətini davam etdirən sərnişinlər: Bu, başqa ölkəyə səfərini davam etdirmək məqsədi ilə ölkəyə daxil olan, gəldikdən sonra ON İKİ (12) saat ərzində ölkəni tərk edən şəxslərə şamil edilir, o şərtlə ki, onlar təsdiqlənmiş gediş biletini təqdim etsinlər və bu həmçinin nəqliyyat şirkəti tərəfindən təsdiqlənsin. Yuxarıda qeyd olunan  sərnişinlərdən konsulluq vizası tələb olunmayacaq.

b.3. Argentina və ya xarici  nəqliyyat vasitəsinin ekipaj üzvləri və ya ekipaj üzvləri kimi qoşulmaq üçün ölkəyə gələn sərnişinlər.

b.4. Ekipaj üzvləri kimi xidmət göstərdikləri eyni nəqliyyat vasitəsi ilə ölkəyə gələn sərnişinlər.

c) Qonşuluq sərhədinin tranziti.

d) beynəlxalq tranzit heyəti: beynəlxalq daşıma vasitəsinin ekipaj üzvləri və ya ekipaj üzvləri kimi ölkəyə gələnlər.

e) Mövsümi miqrant işçilər: təbiətinə görə mövsümi şəraitdən asılı olan və yalnız ilin bir hissəsində yerinə yetirilən işləri icra etmək  məqsədi ilə daxil olanlar.

f) Ziyalilar: ali təhsil müəssisələri arasında ixtisas istiqamətləri üzrə bağlanmış akademik müqavilələr əsasında ali mərkəzin məsuliyyəti altında ölkəyə müvəqqəti daxil olanlar.

g) Tibbi Müalicə: Dövlət və ya özəl tibb müəssisələrində sağlamlıq problemləri ilə bağlı müraciət etmək üçün ölkəyə müvəqqəti daxil olanlar.

h) Mütəxəssislər/Tələbələr: Rəsmi olaraq tanınmış dövlət və ya özəl təhsil müəssisələrində rəsmi və qeyri-rəsmi təhsil almaq üçün müvəqqəti olaraq ölkəyə daxil olanlar.

 

 

Updated date: 26/07/2024