|
REGRESAR

Turist vizaları

Turist vizasına Argentinaya yalnız istirahət və ya asüdə vaxtı keçirmək məqsədilə getmək istəyən xarici vətəndaşlar tərəfindən müraciət oluna  bilər.

Nəzərə alın ki, turist vizası aşağıda qeyd olunan fəaliyyətləri Argentinada həyata keçirməyə icazə vermir:

  • İş fəaliyyəti.
  • Bazar araşdırmaları.
  • Sərgi və ya konfranslarda iştirak.
  • Təhsil müəssisələrində təhsil.
  • Ödənişli və ya ödənişsiz  peşəkar fəaliyyətlər.
  • İstənilən növ tibbi müalicələr.
  • Doğum turizmi (övladına Argentina vətəndaşlığı almaq üçün Argentinada uşaq dünyaya gətirmək məqsədi ilə səyahət)

Əgər siz yuxarıda qeyd olunan  fəaliyyətlərdən hər hansı birini həyata keçirməyi planlaşdırırsınızsa, müvafiq viza üçün müraciət etməlisiniz.

 

Qiymət:

  • Turist vizası rüsumu 150 ABŞ dolları təşkil edir və bu rüsum viza  müraciəti zamanı müvafiq sənədlər təqdim edilərkən ödənilməlidir.
  • Vizaya baxılması üçün rüsumun ödənilməsi VİZANIN VERİLƏCƏYİNƏ ZƏMANƏT DEYİL. Viza verilmədikdə və ya viza müraciəti geri götürüldükdə heç bir məbləğ geri qaytarılmır.
  • Viza rüsumu ABB Bank filialında ödənilməlidir. Beləliklə, bütün tələb olunan ilkin sənədlər təqdim edildikdən sonra, ödənişi ABB bank filialında həyata keçirmək üçün sizə ödəniş qəbzi veriləcək. Sonra, viza müraciəti edən şəxs Bank tərəfindən möhürlənmiş ödəniş qəbzini (çeki) Konsulluq Şöbəsinə təqdim etməlidir.

 

Sənədlər:

  1. Viza üçün ərizə-anket  forması.
  • Viza üçün ərizə-anket formasını yükləyin: ingiliz dilində ərizə-anket forması səhifənin sonunda qeyd olunub
  • Ərizə-anket formasındakı bütün məlumatların tam və doğru şəkildə doldurulması viza müraciəti edən şəxsin  öhdəliyindədir.
  • Ərizə-anket forması andiçmə bəyannaməsi xarakteri daşıyır. Məlumatın saxtalaşdırılması və ya hər hansı bir məlumatın qeyd olunmaması viza müraciətinizə imtina cavabı ilə nəticələnə bilər  və bununla da Argentina qanunvericiliyində nəzərdə tutulmuş cəzalara məruz qala bilərsiz.
  1. Viza ərizəçisinin ön tərəfdən, eynəksiz, ağ fonda və bütün üzü görünən 4x4 fotoşəkili.
  2. Viza ərizəçisinin pasportunun surəti.
  3. Getməyi planlaşdırdığı istiqamətlərə aid sənədlər:
    1. Beynəlxalq uçuşlara uyğun gələn bütün uçuş bronları (gediş-dönüş bronları). Ərizəçi eyni səfər müddətində Argentinadan başqa digər ölkələrə də səfər edərsə, müvafiq uçuş rezervasiyaları da təqdim edilməlidir.
    2. Argentina ərazisində daxili uçuşların  rezervasiyaları (Əgər ölkə daxilində başqa yerlərə getmək planlaşdırılırsa).
    3. Argentinada qalacağınız müddəti əhatə edən otel rezervasiyaları: Alternativlər:
      1. Otel rezervasiyaları: bütün qalma müddəti ərzində viza ərizəçisinin adına olmalı və kredit kartları ilə ödənilməli və ya zəmanət verilməlidir.
      2. Argentinada bir vətəndaşın və ya rezidentin dəvəti ilə qaldıqda, aşağıdakı təlimatlara uyğun olaraq TAD sistemi vasitəsilə hazırlanmış dəvət məktubu tələb olunacaq: Dəvət məktubları üçün təlimatlar(ispan dilində).
  4. İş yerindən arayış. Siz növbəti məlumatları təfərrüatlandırmalısınız: (i) əmək münasibətlərinin başlama tarixi; (ii) viza ərizəçisinin vəzifəsi; (iii) viza ərizəçisinin yerinə yetirdiyi vəzifələr; (iv) işəgötürənin əlaqə məlumatları: iş telefon nömrəsi, mobil telefon nömrəsi və e-poçt ünvanı; (v) arayışın turist vizası xahiş etmək üçün Argentina Respublikasının Səfirliyinə təqdim edilməsi üçün verildiyini qeyd edin.
  5. E-gov Platforması vasitəsilə verilən iş yerindən arayış.
  6. Bank hesabının olması haqqında  arayış.
  7. Bank hesabından son 2 ilin çıxarışı. Bu sənəd viza ərizəçisinin ən azı son 2 (iki)      ildəki bank  əməliyyatlarını təfərrüatlandırmalıdır.
  8. Bütün səyahət müddətini əhatə edən tibbi sığorta.
  9. Səyahət edəcək azyaşlılar üçün.
    1. İspan dilinə tərcüməsi ilə notarial qaydada təsdiqlənmiş və apostil edilmiş doğum haqqında şəhadətnamə.
    2. Hər iki valideynin viza müraciətinin edilməsi üçün icazəsi. Onlar bunu şəxsən Konsulluq şöbəsində imzalamalıdırlar.
    3. Yalnız bir valideynin digərindən aldığı etibarnamə ilə Konsulluğa yaxınlaşdığı halda, etibarnamənin ispan dilinə tərcüməsi ilə notarial qaydada təsdiqlənmiş və apostil edilmiş surəti.

 

Turist vizası müraciəti ilə bağlı ümumi anlayışlar.

  • Tələb olunan sənədlərin təqdim edilməsi və vizanın rəsmiləşdirilməsi üçün rüsumun ödənilməsi VİZANIN VERİLƏCƏYİNİ ZƏMANƏT VERMİR.
  • Konsulluq şöbəsi əlavə sənədlərin təqdim edilməsini tələb edə bilər.
  • Vizanın rəsmiləşdirilməsi üçün tələb olunan sənədlərin təqdim edilməsi vizanın veriləcəyinə zəmanət vermir.
  • Viza müraciətinə rədd cavabı verildikdə və ya müraciətin  geri götürülməsi halında heç bir məbləğ geri qaytarılmayacaq.
  • Viza müraciəti üçün son tarix səyahət tarixindən 45 gün öncədir. Konsulluq müsahibəsi bildirilən səyahət tarixindən ən azı bir ay əvvəl aparılmalıdır. Viza müraciəəti üçün göstərilmiş son tarixə qədər veten tələb olunan sənədləri Konsulluq şöbəsinə təqdim etmək viza ərizəçisinin öhdəliyindədir.
  • Bütün viza prosedurları şəxsi xarakter daşıyır və ərizəçi bu prosesdə şəxsən iştirak etməlidir.

 

Viza müraciəti ilə bağlı istənilən sorğu yazılı şəkildə e-poçt vasitəsilə aşağıdakı e-poçt ünvanına göndərilməlidir: secon_eazer@mrecic.gov.ar

AttachmentSize
PDF icon Visa Application Form288.8 KB

 

 

Updated date: 27/01/2025